• $
  • €
  • ₽
  • ₺
  • £

Nazim İbrahimovun qaynı ölü tapıldı

Nazim İbrahimovun qaynı ölü tapıldı
21.06.2015 18:00
Məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin yaxın qohumu intihar edib. 

ANS PRESS-in aznews-a istinadən verdiyi məlumata görə, Məzahir Cəfərov adlı həmin şəxs dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb. 

Məlumata görə, "Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M. Cəfərov Hacı İbrahim Nehrəmlinin (həm də Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun-red.) yaxın silahdaşı olub, eyni zamanda qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş. 

Onun İbrahimov qardaşlarından birinin qaynı olduğu deyilir. 

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi. 

Məlumat üçün bildirək ki, bu binaları "Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı. 

"Qafqazinfo”ya daxil olan məlumata görə, özünü asan Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol