• $
  • €
  • ₽
  • ₺
  • £

“Qadınların əmək hüquqlarının qorunması” layihəsi həyata keçirilir

“Qadınların əmək hüquqlarının qorunması” layihəsi həyata keçirilir
24.06.2015 16:27
"Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qadınların əmək hüquqlarının qorunması” layihəsini həyata keçirir.

 Layihənin məqsədi cəmiyyəti qadınların əmək hüquqları barədə maarifləndirmək və bu hüquqların müdafiəsini gücləndirməkdir. Layihə qadınların əmək hüquqlarının qorunması sahəsində mövcud olan milli və beynəlxalq qanunvericiliyin təbliğindən, əmək qanunlarının ictimaiyyətə çatdırılmasından, qanunun ailiyinin müdafiəsindən bəhs edir.

Cəmiyyətdə qadınların əmək hüquqlarının təbliğinə kömək etmək, qadınların əmək münasibətləri ilə əlaqədar qarşılaşdıqları problemlərə dəstək olmaq üçün təşkilat hüquqi maariflənmə tədbirlərini icra edir. Keçirilmiş növbəti tədbir zamanı İctimai Birliyin sədri Xanım Əhmədzadə layihənin məqsədi, vəzifələri və görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, "Müstəqil Azərbaycanda qadın hüquq və azadlıqlarının müdafiəsinin cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Qadınların digər hüquqları ilə yanaşı əmək hüquqlarının da qorunması milli qanunvericilikdə, eyni zamanda Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda geniş təsbit olunub. Əksər hallarda qadınlar əmək hüquqlarını qədərincə bilmədikləri səbəbindən hüquqi mübahisə yaranır və uzun müddət davam edən məhkəmə çəkişmələri ilə qarşılaşırlar, nəticə etibarı ilə iş yerlərini, əmək haqlarını və ən əsası isə vaxtlarını itirməli olurlar. Halbuki vaxtında əmək müqaviləsinin bağlanması və qaydası, müddəti, əmək məzuniyyətinin verilməsi, rəsmiləşdirilməsi və digər bu kimi hüquqi aktlardan xəbərdar olmaqla xoşagəlməz situasiyaların qarşısını ala bilərdilər. Araşdırmalar göstərir ki, hazırda qadınların əmək hüquqlarının pozulması ilə əlaqədar əsas narazılıqlar işə qəbul zamanı hamiləliyə, yaşa görə məhdudiyyətlər, iş yerində intensiv ixtisarlar, istirahət günlərində işə cəlb olunma, ezamiyyətlərin məhdudlaşdırılması ilə bağlıdır. Eyni zamanda həmkarlar ittifaqlarının qadınların əmək hüquqlarının qorunmasında rolu və müdaxiləsi zəifdir. Belə halların aradan qaldırılması məqsədi ilə hüquqi maariflənmə tədbirlərinin həyata keçirilməsi daha aktualdır və layihənin qadınların əmək hüquqlarının daha etibarlı müdafiəsinə dəstək olacağına inanırıq."

Tədbir zamanı iştirakçıların sualları cavablandırılmış, onların əmək hüququ ilə bağlı qarşılaşdıqları problemləri həll etmək üçün təcrübəli hüquqşünas tərəfindən hüquqi yardım göstərilmiş, məsləhətlər verilmişdir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol