“Azadlıq” qəzeti çapını dayandıra bilər

"Azadlıq” qəzeti çapını dayandırmaq təhlükəsi qarşısındadır.
"Turan" bildirir ki, bu barədə qəzetin müraciətində deyilir.
"Redaksiyanın ağır maliyyə vəziyyəti artıq gələn həftə qəzetin nəşrini davam etdirməsini sual altında qoyur. Iş o həddə çatıb ki, kağız, çap və kommunal xərclər üzrə faktiki ödəniş etmək imkanı yoxdur. Ən qısa müddətdə bu problemlərin aradan qaldırılmaması "Azadlıq”ın nəşrini mümkünsüz edəcək”, - qəzet yazır.
Qəzet iki məqamı ("Qasid” yayım firmasının "Azadlıq”ın satılmış nüsxələrinin pulu olan 69 min manatı redaksiyaya ödəməkdən imtina etməsini və KIV-ə Dəstək Fondunun "Azadlıq”la əməkdaşlığı dayandırmasını) xüsusi xatırladaraq, kömək üçün demokratik ictimaiyyətə müraciət ünvanlayıb və oxucularını qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























