• $
  • €
  • ₽
  • ₺
  • £

Bu nazirliyin səlahiyyətlərindən biri ləğv olundu

Bu nazirliyin səlahiyyətlərindən biri ləğv olundu
26.06.2015 20:52
Nazirlər Kabineti özünün dörd qərarına dəyişiklik edib

Azərbaycan Nazirlər Kabineti özünün dörd qərarına dəyişiklik edib. "Report”un məlumatına görə, dəyişiklik edilən qərarlar siyahısına "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”, "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”, "İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”si və "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları” daxildir.

Dəyişiklik sənədinə əsasən, Ədliyyə Nazirliyinin insan alveri qurbanlarına hüquqi yardım göstərmə səlahiyyəti ləğv edilib.

Bundan başqa, dəyişiklikdə insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qurbanlara hüquqi yardımın göstərilməsinə, o cümlədən onların sosial reabilitasiyasına və qurbanlar üçün xüsusi müəssisələrin (sığınacaq və yardım mərkəzi) fəaliyyətinin təşkil edilməsinə daha yaxından cəlb edilməsi nəzərdə tutulur. Həmçinin dəyişikliklərə xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdan kənar mütəxəssislərin cəlb еdilməsi, xüsusi müəssisədə insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazasının yaradılması, İnsan alveri qurbanlarına kömək Fondu sədrinin hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlaması (məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək, Fondun adından tələb və iddialar irəli sürmək üzrə) daxildir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol