• $
  • €
  • ₽
  • ₺
  • £

Ramazan ayında toy etmək olarmı?

Ramazan ayında toy etmək olarmı?
29.06.2015 22:11
Dini ekspert: "Gündüz süfrə açmamaq şərti ilə toy şənliyi mümkündür...”

Ramazan ayı İslam dünyasında müqəddəs aylardan biridir. Təsadüfi deyil ki, bu aya "11 ayın sultanı” da deyilir. Bu ay həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir. 


Orucluqda insanlar pisliklərdən uzaq durmağa çalışır, oruc tutur, digər vaxtlar spirtli içki qəbul edənlərin bir çoxu bu ayda oruc tutmasa da, alkoqollu içkilərdən uzaq durmağa çalışır. Ramazan yeganə aydır ki, mağazalarda spirtli içkilərin satışı bir qədər zəifləyir. Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə də bağlıdır. 

Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır.

Müqəddəs Ramazan ayında çoxlarını maraqlandıran və müzakirə mövzusu olan bir sual olur. Bu günlərdə toy etmək olarmı?

 Dinşünas alimlər bildirirlər ki, Ramazan matəm ayı olmadığından toy mərasimləri keçirilə bilər. Ona görə də insanların müqəddəs orucluq ayında toy mərasimi keçirməkdən imtina edib-etməmələri onların öz işləridir. Bu il də Ramazan ayı yay aylarına təsadüf edir və iftar saat 21:30-dan sonra açılır. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır.

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu Ramazan ayında toy etməyə icazə verildiyini bildirdi: "Ramazan ayında gündüz süfrə açmamaq şərti ilə toy etmək olar. Şeyxin fətvasında da var ki, Ramazan ayında toy, nişan və digər məclislərin keçirilməsi ilə bağlı qadağa yoxdur. Yalnız ümumi qaydaya əsasən, Ramazan günlərində, yəni gündüz saatlarında süfrə açmaq bəyənilmir. Bu səbəbdən mübarək ayda bu cür məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. Bu şərtlər təkcə toy yox, digər məclislərə də şamil edilir. Yas və ehsan mərasimlərində də süfrənin yalnız iftar vaxtı qurulması tövsiyə olunur. Ümumiyyətlə, Ramazan ayında məclis qurarkən ya da mərasim təşkil edərkən oruc tutanları nəzərə almaq məsləhətdir”. (musavat.com)



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol