• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi tibb işçilərini mükafatlandırdı

Səhiyyə Nazirliyi tibb işçilərini mükafatlandırdı
29.05.2020 11:31
Səhiyyə Nazirliyində "Bakı-2015" I Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiklərinə görə mükafatlandırılan şəxslərin təltif olunması mərasimi keçirilib. 

"Report" xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir və bu böyük nailiyyət və uğur kimi xalqın tarixinə həkk olundu. 

Nazir deyib ki, bu Oyunlar Avropa idman tarixində yeni səhifə açmaqla yanaşı, ölkənin tərəqqisinin, qüdrətinin sübutu baxımından da böyük əhəmiyyət kəsb edir: "Oyunların keçirildiyi 17 gün və ondan əvvəl hazırlıq işlərində ölkənin bütün qurumları, eləcə də hər kəsin sağlamlığına cavabdehlik daşıyan səhiyyə xidmətləri çox yüksək səviyyədə iştirak ediblər. I Avropa Oyunlarına 600-dən artıq tibb işçisi cəlb edilib. Tibb işçiləri bütün gözləntilərin öhdəsindən böyük məharətlə gəldilər".

Daha sonra nazirin Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin, İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Layihə Əlaqələndirmə Bürosunun, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivlərinə I Avropa Oyunlarının tibbi təminatında öz vəzifə borclarını layiqincə və yüksək səviyyədə yerinə yetirdiklərinə görə təşəkkür əmri səsləndirilib. 

O.Şirəliyev fərqlənən tibb işçilərinə Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı, "Fəxri Fərman" və xatirə hədiyyələri təqdim edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol