• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib"

"Azərbaycanda 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib"
02.07.2015 11:53
Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. 

Bu müddətdə cinayətlərin orta illik açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb".

"Report"un məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis işçilərinin peşə bayramı münasibətilə Polis Akademiyasında keçirilən tədbirdə bildirib.
O deyib ki, Azərbaycan asayişin və əminamanlığın qorunması sahəsində dünyanın ən öncül dövlətlərindəndir.

Nazirin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir: "2014-cü il və cari ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Fəaliyyətimizin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya cinayətkarlığının, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərinin etibarlı qorunmasına böyük imkanlar yaradıb".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol