• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının oğlunun cəzası azaldı

İcra başçısının oğlunun cəzası azaldı
02.07.2015 17:26
Bakı Apellyasiya Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərlinin oğlu İlham Əsgərlinin və onunla bərabər həbs edilmiş yük maşını sürücüsü Əhliman Süleymanovun şikayətinə baxılıb.

ANN.Az ANS PRESS-ə isitnadən xəbər verir ki, 17 yaşlı İlham Əsgərlinin həbs cəzası 1 il azaldılıb və 3 illik məntəqə tipli cəza ilə əvəzlənib.

Sürücü Əhliman Süleymanovun cəzası isə qüvvəsində qalıb.

Qeyd edək ki, Ötən il sentyabrın 27-də İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500" markalı avtomobil Zığ-Aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, keçmiş sinif yoldaşı Sənan Mirzəyev isə ölüb.

Məhkəmə İlham Əsgərlini 5 il 6 ay azadlıqdan məhrum edib. Əhliman Süleymanova 6 il cəza kəsilib. İbtidai istintaq zamanı ekspertiza rəylərində qəzaya İlham Əsgərlinin "Mercedes"i yüksək sürətlə idarə etməsinin səbəb olduğu göstərilib. Ancaq təkrar ekspertizada qəzanın Əhliman Süleymanovun sürdüyü "Howo" markalı yük maşınının yolda manevr etməsindən törədildiyi müəyyənləşib.

Sürücünün vəkili İlqar Musayev bildirib ki, məhkəmə prosesi ədalətsiz keçib, məhkəmə məmur övladının törətdiyi cinayətə görə bir kasıb sürücüyə onun özündən daha çox cəza təyin edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol