• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycan Media Forumunun təməli qoyuldu

Türkiyə Azərbaycan Media Forumunun təməli qoyuldu
03.07.2015 21:31
"İMD Center qardaş Türkiyə mətbuatı ilə körpü yaradaraq sıx
əməkdaşlıq etməklə bağlı layihəyə start verib”. Trend xəbər verir ki, bu barədə açıqlamasında hazırda Türkiyədə səfərdə olan, İMD Ceneter (İntergovernmental Media & Diplomatik Center)-in vitse prezidenti İlkin Abdiyev deyib.

Onun sözlərinə görə, İMD Center-in qarşısına qoyduğu məqsədlərdən biri də, qardaş Türkiyə mətbuatı ilə hərtərəfli əməkdaşlıq etmək idi: "Biz buna nail olduq. Türkiyə səfərim çərçivəsində Türkiyə Azərbaycan Media Forumunun demək olar ki, təməlini qoyduq. İndi mütəmadi olaraq, bizim Türkiyə mətbuatında məqalələrimizi görə biləcəksiniz. Hesab edirəm bu layihə iki dövlət, bir millət olan Türkiyə Azərbaycan arasında yeni nəfəs olacaq və iki dövlətin mövqeyinə xidmət edəcək. Türkiyə Azərbaycan Media Forumunun sədri, Türkiyəli yazar və yetəri qədər təcrübəli mətbuat nümayəndəsi Camal Baş təyin olundu”.

İ.Abdiyev eyni zamanda, bu günlərdə İMD Center-in yeni və olduqca gərəkli bir layihəsinin icrası ilə bağlı da danışıb: "İMD Center Türkiyə ilə sadəcə media ilə bağlı deyil, digər istiqamətdə də əlaqələrin inkişafına hesablanmış əməkdaşlıqlar qurmağa müvəffəq olub. Sadəcə, bu layihənin nədən ibarət olduğunu hələ ki, açıqlamaq istəməzdim. Onu deyə bilərəm ki, Türkiyə səfərimiz çərçivəsində Türkiyə Bələdiyyələr Birliyinin baş katibi, sayın Hayrəddin Güngörlə də görüşümüz oldu. Bu görüş isə yeni əməkdaşlığın əsasını qoydu”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol