Bakıda daha bir polis qəhrəmanlığı – VİDEO

Bakıda polis əməkdaşı dənizdə batıb.
Oxu.Az-ın FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
APA TV-nin məlumatına görə, batan şəxsin polis əməkdaşı olduğu üzə çıxıb.
Məlumata görə, o, Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğludur.
Çavuş vəzifəsində çalışan Zaur Nurəliyev Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan ər və arvadı xilas etməyə çalışıb. O, qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb.
Əldə etdiyimiz digər məlumata görə, dənizdə Batan Zaur Nuralıyev İsmayıllı rayonunun Buynuz kəndindəndir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























