Şirvandakı qəzada ağır xəsarət alan 2 qadın Bakıya gətirilir

"Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicəsi davam edən 6 nəfərdən ikisinin vəziyyəti ağırdır".
Bunu "Report"a açıqlamasında xəstəxananın baş həkiminin müavini Əfsər Nəcəfov deyib.
Onun sözlərinə görə, həmin xəstələrdən birinin səhhəti daha ağırdır: "Yaxın saatlarda 2 nəfər Bakıya Respublika Yanıq Mərkəzinə göndəriləcək. Hazırda həmin xəstələr həkimin nəzarəti altındadır. Digərlərinin müalicəsi isə bizim xəstəxanada davam etdiriləcək".
Ə.Nəcəfov qeyd edib ki, xəstəxanada müalicəsi davam edən xəstələrin hamısı qadındır və onlara yanıq diaqnozu qoyulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























