• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizdə bəzi ibtidai sinif dərslikləri yararsızdır

Ölkəmizdə bəzi ibtidai sinif dərslikləri yararsızdır
08.07.2015 11:02
Yararsız vəsaitlərin siyahısına I sinifdən V sinifə qədər olan ibtidai sinif dərslikləri daxildir.

Yeni dərs ilinin başlamasına iki ay qalsa da, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yararsız hesab etdiyi ibtidai sinif dərsliklərinin aqibəti sual doğurur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı monitorinqlər nəticəsində orta məktəblərin 21dərsliyi tədrisə yararsız hesab olunmuşdu.

Yararsız vəsaitlərin siyahısına I sinifdən V sinifə qədər olan ibtidai sinif dərslikləri daxildir. Yoxlamalar nəticəsində məlum olub ki, ana dili, riyaziyyat, həyat bilgisi, texnologiya və ingilis dili dərsliklərində xeyli sayda metodiki qüsur var. Təhsil ekspertləri yeni tədris ilinin başlamasına iki ay qamış dərsliklərlə bağlı vəziyyətin düzəlməsinə ehtiyac olduğunu vurğulayırlar.

"Əslində dərsliklər müsabiqə yolu ilə yazlmalıdır. Müsabiqədə birinci yer tutan tərəfindən hazırlanan dərslik əsas götürülməlidir. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən bəyənilən dərsliklərin nəşri üçün tender keçirilməlidir. Amma indi bu işlər tamamən başqa cürdü. Tender keçirilir, nəşriyyatlar tenderdə iştirak edir. Tenderi udan nəşriyyat dərsliyi də özü yazır, hazırlayır. Nəşriyyat dərslik müəllifini düzmü, əyrimi, yanlışmı seçir bax bu məsələ hələlik həll olunmayıb”, – deyə ekspert Əjdər Ağayev bildirib.

Dünya praktikasında çoxdan istifadə olunan bu üsul Təhsil Nazirliyində də müzakirə olunur. Qurumdan bildirdilər ki, aparılan monitorinqlərin nəticəsi zamanı qeydə alınan çatışmazlıqlar növbəti nəşrlərdə nəzərə alınır.

Lakin dərsliklər 4 ildən bir nəşr olunduğundan qüsurların düzəldilməsi vaxt tələb edir. Nazirlik qüsurların qismən də olsa, aradan qaldırılması üçün dərslikləri tədrisə, verilmədən bir il öncədən nəşr etməyə başlayıb.

Çünki, belə olan halda dərsliyin məktəblərə paylanmadan əvvəl yoxlanılmasına bir qədər vaxt qalır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol