• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkim: "Yanıq xəsarətləri alanlardan birinin yaşama şansı çox azdır"

Baş həkim: "Yanıq xəsarətləri alanlardan birinin yaşama şansı çox azdır"
08.07.2015 13:59
 "Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Telemexanika" Zavodunda baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan və Respublika Yanıq Mərkəzinə gətirilən 4 xəstədən ikisinin vəziyyəti daha ağırdır, durumlarında müsbətə doğru dəyişiklik yoxdur". 

Bunu "Report"a açıqlamasında mərkəzin baş həkimi Şöhrət Məmmədov deyib.
Onun sözlərinə görə, mərkəzdə müalicə olunan 4 xəstə reanimasiya şöbəsinə yerləşdirilib və onların vəziyyəti ağır olaraq qalır: "Yaralılardan ən ağır vəziyyətdə olanı 1971-ci il təvəllüdlü Xatirə Səttarovadır. Çünki onun bədən səthinin 85-90 faizi III A-B dərəcəli yanıb. Hətta onun tənəffüs yollarının çox hissəsi də yanıb. Bu xəstənin səhhəti çox ağır olduğundan yaşama şansı azdır".

Ş.Məmmədov qeyd edib ki, vəziyyəti ağır olan digər xəstəsi isə 1961-cı il təvəllüdlü Gülnarə Muradovadır: "Onun da bədən səthinin 60-65 faizi, tənəffüs yollarının isə 15 faizi yanıb. 1973-cü il təvəllüdlü Zülfiyyə Mehdiyevanın bədən səthinin 42-45 faizi, 1966-cı il təvəllüdlü Mehparə Əbilovanın isə bədən səthinin 45 faizi yanıb. Bu iki xəstənin səhhətləri də orta ağır kimi qiymətləndirilir".

Baş həkim bildirib ki, hazırda yaralıların müalicələri davam edir: "Hələlik onlar şok vəziyyətindədirlər. Xəstələri şokdan çıxarmağa çalışırıq".

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynov isə "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər xəstəxanasında 2 nəfərin - 1964-cü il təvəllüdlü Həlimə Vəliyeva və 1960-cı il təvəllüdlü Fəriyə Rzayevanın müalicələri davam edir: "Onların səhhətləri stabildir, həyatları üçün təhlükələri yoxdur. Ən azı 1 həftə xəstəxanada müalicə olunacaqlar".

Qeyd edək ki, iyulun 6-da baş verən partlayış nəticəsində bir nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılmışdı. Xəstəxanada qalan 6 nəfərdən 4-nün xəsarəti ağır olduğundan onlar Bakıya Respublika Yanıq Mərkəzinə gətirilib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol