• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyinə haqq ödəniləcək

Səhiyyə Nazirliyinə haqq ödəniləcək
09.07.2015 09:36
Nazirlər Kabineti "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişiklik edib.
 
APA-nın məlumatına görə, "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının ərazisinə idxal edilən  dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları nəzarət markası ilə markalanmalıdır.
 
Nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif  Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir. İndiyə qədər nəzarət markasının verilməsi barədə qərar qəbul olunduqdan sonra ərizədə göstərilən növdə və sayda nəzarət markası 3 iş günü müddətində (ərizəçinin audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə Müəllif Hüquqları Agentliyinə haqq ödəməsi barədə sənədin Müəllif Hüquqları Agentliyinə təqdim edildiyi tarixdən ) ərizəçiyə təhvil verilib.
 
Dəyişikliyə əsasən bundan sonra ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə tək Müəllif Hüquqları Agentliyinə deyil, müvafiq olaraq Səhiyyə Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Müəllif Hüquqları Agentliyinə haqq ödəyəcək.  Nəzarət markasının verilməsi barədə qərar qəbul olunduqdan sonra ərizədə göstərilən növdə və sayda nəzarət markası 3 iş günü müddətində (ərizəçinin audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə Müəllif Hüquqları Agentliyinə haqq ödəməsi barədə sənədin aidiyyəti üzrə Səhiyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya Müəllif Hüquqları Agentliyinə təqdim edildiyi tarixdən ) ərizəçiyə təhvil veriləcək.
 
Qeyd edək ki, 1 ədəd nəzarət markasının alınmasına görə ödənilən haqq 15 qəpikdir.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol