Komitə Xırdalanda ailə layihəsinə başlayır

Sabah "Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçiriləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Komitə Abşeron rayonunda cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili məqsədilə "Ümumdünya Əhali Günü”nə həsr olunmuş "Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirməyi nəzərdə tutub.
Tədbirdə aşağıdakı mövzular ətrafında ekspertlərin çıxışları, intellektual oyun və idman yarışının, ailəliklə nahar süfrəsinə hazırlıq işlərinin təşkili nəzərdə tutulub:
- Milli-mənəvi və ailə dəyərlərinin təbliği
- Ailənin asudə vaxtının səmərəli təşkili
- Sağlam həyat tərzinin təbliği
- Gənclərin fiziki hazırlığının önəmi
- Demoqrafik vəziyyət
- Ailə – məktəb münasibətlərinin düzgün təşkili
- Ailə büdcəsinin idarə olunması
- Ailə və cəmiyyətdə etik davranış qaydaları
Tədbir sabah saat 10:00-da Xırdalanda yerləşən AAAF yaşayış kompleksində (Heydər Əliyev Prospekti) keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























