• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün real işlərə başladı

Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün real işlərə başladı
09.07.2015 17:37
Azərbaycanda ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələr üçün internaturanın bakalavriat səviyyəsində tətbiq edilməsi nəzərdə tutulur.
 
Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Artıq internatura modelinin tətbiqi ilə əlaqədar nazirlikdə işçi qrupunun yaradıldığını deyən İ.Nağıyev bildirib ki, hazırda bununla bağlı Türkiyənin və Avropanın müxtəlif ölkələrinin təcrübələri öyrənilir, müvafiq sənəd hazırlanır.

Nazirlik rəsmisinin sözlərinə görə, istənilən ölkənin təcrübəsindən asılı olmayaraq, bu model tətbiq edilərkən yerli kontekst mütləq nəzərə alınmalıdır: "Burada ilk növbədə ali təhsil müəssisələrinin üzərinə böyük yük düşür. Çünki ali təhsil müəssisəsi tələbəyə yalnız bilik verməli deyil, həm də onu iş yerinə hazırlamalıdır. Ona görə də hazırda müvafiq ali təhsil müəssisələri ilə konsultasiyalar aparılır ki, bu proses ən optimal formada, bizim kontekstə uyğun aparılsın. İnternaturanın tətbiqi məsələsində tələbələrin internaturadan keçəcəyi ümumtəhsil müəssisələri də bu məsələdə çox mühüm rol oynayır”.

İ.Nağıyev deyib ki, internatura modelinin tətbiqi böyük bir prosesdir. Bunun üçün ilk növbədə tədris planları dəyişdirilməlidir.

Onun sözlərinə görə, hazırkı tədris planına əsasən, tələbə bakalavriat səviyyəsində 4 il təhsil alır. Sonuncu kursda olarkən isə tələbə orta məktəbdə bir neçə həftəlik təcrübə keçir: "Amma təcrübə müddəti 1 il və ya 1 ildən daha artıq olarsa, onda həmin 4 illik tədris planı da müvafiq olaraq 3 ilə, yaxud daha az müddətə sığışdırılmalıdır. Bu da dərs yükünü artırır. Ola bilər ki, bu, valideynləri razı salmasın”.

İ.Nağıyev əlavə edib ki, internaturanın müddətinin nə qədər olacağı hələ müəyyənləşdirilməyib: "İndi hələ konkret olaraq bilinmir ki, internatura bir neçə ay, yoxsa bir ildən çox olacaq. Amma bu, elə baş verməlidir ki, ən optimal formada olsun. Məsələn, tələbə 3 il oxuyub internaturaya göndərilirsə, lakin onun bu 3 il ərzində aldığı bilik hələ yetərli deyilsə, onda o, hələ internaturaya hazır deyil. İnternaturaya göndərilən tələbə artıq buna hazır olmalıdır ki, ondan maksimum yararlansın. Əks halda, tələbənin 1 yaxud, 2 il internaturada olmasının bir mənası yoxdur. Buna görə də gərək tələbəni hazırlayaq, sonra onu internaturaya göndərək”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol