• $
  • €
  • ₽
  • ₺
  • £

“İstixanada yetişən qarpız insanı tez zəhərləyir” - Həkim

“İstixanada yetişən qarpız insanı tez zəhərləyir” - Həkim
09.07.2015 21:06
Qarpız insanların yay mövsümündə ən çox müraciət etdiyi bostan bitkisidir. Yayda insanların ən çox zəhərlənməsinə səbəb olan da elə qarpızdır. Mütəxəssislərin fikrincə, qarpızın digər bitkilərdən fərqli olaraq, özünə qida maddəsi axtarmaq xüsusiyyəti orqanizmin zəhərlənməsinə zəmin yaradır. Odur ki, bu bitki qida maddələrinə, xüsusən azota olduqca tələbkardır. Azot isə təbii və süni yolla bu bitkiyə ötürülür. Nitrat tərkibli azot normadan artıq olduqda insan orqanizmi üçün ciddi fəsadlar yaradır.

Qarpızın normal olaraq avqust ayının ikinci ongünlüyündə yetişməsinə baxmayaraq, bazar və marketlərdə çoxdan satışdadır. Elə buna görədir ki, mütəmadi olaraq qarpızdan zəhərlənmə ilə bağlı məlumatlar alırıq.

Son məlumata görə, Zaqatalada bir ailənin altı üzvünün yediyi ləzzətli qarpız elə onların zəhərləyib...

Bəs, bostan bitkisinin qəbulundan dərhal sonra baş verən zəhərlənmə nə ilə bağlıdır? Qarpız niyə bu qədər təhlükəlidir?

Modern.az saytının suallarını tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırıb.

O qeyd edib ki, istənilən meyvə-tərəvəz, bostan bitkiləri vaxtından əvvəl süni şəraitdə yetişdiriləndə insan orqanizmi üçün təhlükəyə çevrilir: "Bu cür məhsulların qəbulu orqanizmdə qidalanma ilə bağlı yeni bir situasiya yaradır. İlin müəyyən vaxtlarında ayrı-ayrı meyvələrin yetişməsi orqanizmin ondan istifadə etməsinə uyğunlaşaraq qida rejimi yaradır. Vaxtından əvvəl yetişdirilən meyvə-tərəvəzin qəbulu ilə bu rejimin pozulması baş verir. Ona görə də maksimum dərəcədə bu cür məhsulların qəbulu məhdudlaşdırılmalıdır”.

Professor bildirib ki, istixanalarda yetişdirilən məhsulların tərkibində orqanizm üçün zərərli maddələr toplanır: "Nəzərə almaq lazımdır ki, istixanalarda yetişdirilən meyvə-tərəvəzin tərkibində müxtəlif zərərvericilərə qarşı istifadə olunan inqridientlər ola bilər. Bu meyvə-tərəvəzin tərkibində kumulyasiya olunur və orqanizm onu qəbul edən zaman toksiki təsir göstərir. Bu zaman qida toksiki infeksiyası baş verir.

Ümumiyyətlə, tərkibində iri zoğları olan, iç-yeyilən hissəsi kobud struktura malik meyvə-tərəvəzdən istifadə məqsədəuyğun deyil. Bundan başqa, qoxusu, dadı dəyişən qidalardan istifadə də doğru sayılmır. Həmin qidalar toksiki maddələri özünə hopduraraq bağırsaqdan sovrulmasını sürətləndirir ki, bu da orqanizmin tez bir zamanda zəhərlənməsinə gətirib çıxara bilər

Qida toksiki infeksiyalarına gəldikdə, bunlar kəsilmiş meyvə-tərəvəzin saxlanma qaydalarına düzgün riayət etmədikdə baş verir. Nəzərə almaq lazımdır ki, sulu meyvələr daha tez xarab olur. Qarpızın, eyni zamanda, sulu meyvələrin kəsildikdən dərhal sonra yeyilməsi məqsədə uyğundur”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol