Qohumunu öldürdü, sonra özünü güllələdi - Sabirabadda

Sabirabadda dəhşətli hadisə baş verib.
APA-nın Mil Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.
Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























