• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan xaricə işləməyə adam aparmaq çətinləşdi

Azərbaycandan xaricə işləməyə adam aparmaq çətinləşdi
11.07.2015 18:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunmasına dair yeni qaydalar qəbul edib.

2002-ci ildən bəri ilk dəfə yenilənən bu qaydalara əsasən, işədüzəltmə sahəsində vasitəçilyə dair xüsusi razılığı (lisenziya) olan şirkətlər Azərbaycan vətəndaşlarını xarici ölkələrdə əmək fəaliyyətinə cəlb olunmaları ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələr ƏƏSMN-də təsdiq edilməlidir.

Xaricdə haqqı ödənilən işə gedən şəxslər haqda məlumat həm də Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə elektron formada veriləcək.

Qaydalarda o da deyilir ki, vasitəçilik fəaliyyətini həyata keçirən şirkətin göstərdiyi xidmətə görə əməkçi miqrantlardan haqq almasına yol verilmir.

Xarici ölkədə işləməyə göndəriləcək vətəndaşla bağlanacaq müqavilədə zəruri məqamlar əksini tapmalıdır. Burada əsas məqam onun konkret işlə təmin olunmasıdır.

Bundan başqa, xarici ölkəyə işə göndərilən şəxs viza, iş və yaşayış üçün icazə, eləcə də itibbi sığorta ilə təmin olunmalıdır. Müqavilədə, həmçinin, əmək şəraiti şərtləri (iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial sığorta) əksini tapmalıdır.

Qaydalara əsasən, işəgötürənlə xarici ölkədə işləməyə gedəcək şəxs arasında bağlanacaq əmək müqaviləsində insan alverindən müdafiə də daxil olmaqla hüquqlarının beynəlxalq normalara uyğun qorunmasına dair müddəa da öz əksini tapmalıdır.

Qeyd edək ki, Azərbaycandan xarici ölkələrə cinsi istismar məqsədilə aparılan şəxslər barəsində hüquq-mühafizə orqanları və hüquq-müdafiə təşkilatları mütəmadi məlumat yayırlar. Əksər hallarda bu şəxslər ölkədən qeyri-leqal yollarla çıxarılır və istismara məruz qaldıqları yerlərdə elementar hüquqlardan məhrum edilmiş vəziyyətdə olurlar.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsində Azadlıq Radiosuna deyiblər ki, Miqrasiya Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, ölkəmizdə qeydiyyatdan keçmiş hüquqi şəxslər Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti ilə məşğul ola bilərlər. Bunun üçün onların ƏƏSMN-dən xüsusi razılıq (lisenziya) alması tələb olunur.

2001-2007-ci illərdə 12 şirkətə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi sahəsində vasitəçilik fəaliyyətinə lisenziya verilib. 2007-ci ildən bu günədək bu və digər şəxslər xarici ölkələrdə işə düzəltmə sahəsində vasitəçilik fəaliyyətinə razılıqalınması ilə nazirliyə müraciət daxil olmayıb. Yəni vətəndaşlarımızın xarici ölkələrdə qanuni yollarla işə düzəldilməsi ilə heç kəs məşğul olmur.

İşədüzəltmədə vasitəçilik üçün 5 illik lisenziyanın qiyməti 2200 manatdır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol