• $
  • €
  • ₽
  • ₺
  • £

Yer kürəsi buzlaşacaq

Yer kürəsi buzlaşacaq
12.07.2015 17:30
Günəş alimləri bildiriblər ki, 2030-cu ildən "kiçik buzlaşma dövrü” gözlənilir. Qaynar.info Azadlıq Radiosuna istinadən xəbər verir ki, hazırda yeni texnologiyalar Günəş siklini daha dəqiq araşdrırmaq imkanı verir, bu araşdırmalar isə Günəşin "ürək döyüntüsündə” son 11 ildə "aritmiya” aşkar edib.


Günəş proqnozları verən yeni texnologiya göstərir ki, onun aktivliyi 2030-2040-cı illər arasında 60 faiz yavaşıyacaq, bu isə öz növbəsində "mini buzlaşma” şəraiti yaradacaq.


Bu əvvəllər də olub


Belə bir hadisə artıq 1645-1715-ci illərdə baş verib. Yeni araşdırmanın nəticələrini Britaniyanın Landudno şəhərində keçirilən Milli Astronomiya konfransında professor Valentina Zharkova təqdim edib.


Günəşin siklində hər 10-12 ildən bir dəyişikliklərin baş verməsi elmə 1843-cü ildən məlum idi. Astrofiziklər bunu Günəşin dərin qatlarındakı "dinamo-mühərrikin” axınları ilə izah edirlər.


Professor Zharkova-nın alimlər qrupu Günəşdə onun səthinə yaxın ikinci "dinamo-mühərrikin” olduğunu kəşf edib.


Alimlər həmçinin Günəşin şimal və cənub yarımkürələri arasında iki axının maqnit dalğalarını da aşkar ediblər.


Dəqiq proqnoz



Professor Zharkova bildirir ki, onlar Günəş daxilindəki iki maqnit dalğasını toplamaq və onu Günəş fəaliyyətinin son illərdəki göstəriciləri ilə tutuşdurmaqla 97 faiz dəqiqliyi olan proqnoz qura biliblər.


Maqnit dalğalarının davranışı göstərir ki, yaxın iki günəş sikli arasında daha az ləkələr müşahidə olunacaq.


Bu isə 2022-ci ildə pikə çatacaq 25-ci sikl və 2030-2040-cı illəri əhatə edən 26-cı sikl dövründə Günəşin "soyuması” baş verəcəyini göstərir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol