• $
  • €
  • ₽
  • ₺
  • £

Youth Inc. komandasına qoşul!

Youth Inc. komandasına qoşul!
13.07.2015 15:58
"Youth Inc.” Inc. Gənc Sahibkarlıq Proqramı 18-29 yaş arası gəncləri, tələbələri kreativ komandasına qoşulmağa dəvət edir.

 "Youth Inc.” proqramının yeni biznes inkubatorunun komandasında fəaliyyət göstərərək gənclər start-apların yaradılması və inkişaf etdirilməsi sahəsində təcrübə qazanıb, işgüzar həyatlarında ilk addımlarını ata biləcəklər.

Biznes inkubatoru gənclərin gələcəkdə peşakar bir sahibkar kimi yetişməsi üçün yaradılmış imkandır. Biznes inkubatoru vasitəsilə könüllülük prinsipi əsasında gənclər sahibkarlıq fəaliyyəti üçün real layihələr üzərində işləyərək dəyərli təcrübə əldə edəcəklər.

Biznes inkubatoruna qoşularaq gənclər yeni işgüzar əlaqələr quracaq, onları peşəkarlara çevirəcək bilik və bacarıqları mənimsəyəcəklər. Son müraciət tarixi- 17.07.2015. Elan haqqında daha ətraflı məlumat almaq və müraciət göndərmək üçün team.youthinc.az səhifəsinə daxil olmaq lazımdır.

Qeyd edək ki, "Youth Inc.” DVC, "Coca-Cola” şirkəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən üzunmüddətli proqram və şəxsi bizneslərini açmaq istəyən gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün mükəmməl bir platformadır.

Youth Inc.-in aktiv fəaliyyət göstərdiyi illər ərzində 8 müxtəlif biznes-layihələr həyata keçirilib, 4 "Youth Inc” mərkəzi yaradılıb (Bakı, Gəncə, Sumqayıt və Şəki), 5 minə yaxın gənc seminarlarda iştirak edib, proqramın nümayəndələri 3 beynəlxalq forumlarda təqdimat keçiriblər, "Biznes İnkubatorların Yaradılması və İnkişafı” adlı kitabı təqdim edilib. Hal-hazırda proqramın www.youthinc.az internet portalı fəaliyyət göstərir. Şəxsi biznes ideyasını həyata keçirmək istəyən gənclər üçün əsas mərkəzə çeviriləcək "Youth Inc.” inkubatorunun bu il açılışı olacaq. Biznes inkubatorunda sahibkar olmaq istəyən gənclərə müxtəlif təlimlər, seminarlar və təqdimatlar keçiriləcək. Mərkəzdə təlim keçmiş şəxslər uğurlu biznes qurmağın yolları haqqında tam məlumat alacaqlar.

Əlaqələndirici şəxs: Günay Əzizova

(050) 581-40-60 [email protected]

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol