• $
  • €
  • ₽
  • ₺
  • £

Əlillərin pensiyası ilə bağlı yenilik

Əlillərin pensiyası ilə bağlı yenilik
13.07.2015 16:44
"Bir neçə gün əvvəl dövlət tərəfindən mənə verilən aylıq pensiyanı almaq üçün bankomanta getdim. Pulu çıxarmaq istəsəm də kartımın işləmədiyini gördüm. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sumqayıt şəhər şöbəsinə müraciət etdim. Mənə dedilər ki, kartlar dəyişdiyi üçün bu aylıq müavinətlər olmayacaq. Pula çox ehtiyacım var. İndi bilmirəm nə edim”.

Bu sözləri ANS PRESS -in "qaynar xətt”inə müraciət edən Sumqayıt şəhər sakini gözdən əlil Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bircə gəlir yeri aylıq müavinəti olduğu üçün Ramazan Bayramında necə alış-veriş edəcəyini bilmir.

Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev yaranmış problemin səbəblərini izah edib: "Sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi bu vaxta qədər "Kapital Bank" ASC və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. Nazirliyin keçirdiyi tenderin nəticələrinə uyğun olaraq, iyul ayının əvvəlindən etibarən bütün sosial müavinət və təqaüdlərin verilməsi tenderdə qalib gəlmiş "Kapital Bank"a həvalə olunub". 

Qurum rəsmisi bildirdi ki, pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətandaşlar, kartlarında qalan pulları yaşadıqları rayon və ya şəhər üzrə adıçəkilən bankın filiallarına müraciət etməklə nəğd formada ala bilərlər.

"İyulun 20-dən gec olmayaraq plastik ödəniş kartları hazır olacaq. Vətəndaşlar yeni plastik kartı əldə etmək üçün isə "Kapital Bank"ın rayon (şəhər) filiallarına müraciət etməlidirlər.” -deyə Elman Babayev əlavə edib.

Onun sözlərinə görə, vətəndaşlar plastik kartlarının dəyişdirilməsi və ya onlara məxsus qalıq vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankından alınması prosesində hər hansı çətinliklə üzləşdikdə qeydiyyatda olduqları rayon və ya şəhərin ƏSMM-lərinə müraciət edə bilərlər. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol