• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Zəkiyev Həccə gedir

İlham Zəkiyev Həccə gedir
29.05.2020 02:59
İki dəfə paralimpiya oyunlarının, iki dəfə dünya çempionatının, 5 dəfə Avropa birinciliyinin, nəhayət, bu ilin 12-28 iyun aralığında Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının paralimpiyaçı cüdosunun qızıl medalçısı İlham Zəkiyev Həcc ziyarətinə hazırlaşır.

İlham Zəkiyevin a24.az-a bildirdiyinə görə, o Həcc ziyarətinə ad və ya titul üçün yox, ziyarət üçün gedir.

"Mən ad və titul üçün ziyarətə getmirəm. Heç vaxt istəməyəcəm ki, məni hacı İlham Zəkiyev kimi çağırsınlar. Mənim qələbələrimdən sonra paralimpiyaya axın çoxalıb. Mən də üzümü valideynlərə tutub demək istərdim ki, uşaqlarınızı evdə gizlətməyin. Olur ki, bəzən uşaqları əlil olduqları üçün valideynlər onları idmana aparmaqdan utanırlar. Valideynlərdən xahiş edirəm ki, uşaqları üzə çıxartsınlar, onlar paralimpiya kompleksində mütəxəssislərimizin köməkliyi ilə idmançı kimi yetişəcəklər. Onların da içlərində gələcəyin dünya, Avropa çempionları var. Əlillikdən heç kim sığortalanmayıb. Allah eləməsin, bu, hər kəsin başına gələ bilər”.

Paralimpiyaçı idmançıların bahalı avtomobil almasından da danışıb:

"İdmançılarımız niyə də bahalı avtomobil almasınlar? Alsınlar. Bu, onların halal qazancıdır. Hər bir insan kimi, idmançılarımızın da öz arzuları var. Bəlkə hansısa idmançı arzu edib ki, Avropa Oyunlarında qalib gəlib, özünə bahalı avtomobil, ev alsın. Bu, onun şəxsi işidir. Niyə də almasın?! Mənim arzum Avropa Oyunlarından sonra Həcc ziyarətinə getmək idi və gedirəm də.

Sadəcə, o idmançılara üzümü tutub demək istəyirəm ki, bütün bunlarla yanaşı, idmanlarına da böyük önəm versinlər. Çempion olandan sonra insanda məsuliyyət birə on artır. Buna görə də idman məşqlərinə daha da ciddi yanaşsınlar. Çempion olmaq çətindirsə, o titulu qorumaq ondan da çətindir. Yəni, çalışsınlar, üzərlərində daha da artıq işləsinlər, daha da məsuliyyətli olsunlar”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol