Sabah hava necə olacaq?

Sabah Bakıda havanın temperaturu 29 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























