• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramda 4 gün iş olmayacaq

Bayramda 4 gün iş olmayacaq
16.07.2015 14:45
Azərbaycanın məşğul vətəndaşları 4 gün işə getməyəcəklər. ANS PRESS-in məlumatına görə, Ramazan bayramı ilə əlaqədar dörd gün qeyri-iş günü sayılacaq.

Nazirlər Kabinetindən bildirilib ki, hökumət tərəfindən 2014-cü il noyabrın 21-də "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib. Qərara əsasən, iyulun 17-si və 18-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Ayın 17-i cümə, 18-i isə şənbə gününə təsadüf edir.

Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur. Ramazan bayramının ikinci günü - 18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 20 iyul qeyri-iş günü olacaq. Beləliklə, işləyənlər Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si istirahət edəcəklər.

Xatırladaq ki, ötən il isə Ramazan bayramı ilə əlaqədar Azərbaycanda rəsmi iki gün iş günü olmayıb. Belə ki, ötən il Ramazan bayramı iyulun 28-29-na təsadüf edib. İyul ayının 26 və 27-si isə həftəsonuna düşüb. İyulun 28 və 29-u həftənin bazar ertəsi və cərşənbə axşamı günlərinə təsadüf etdiyindən ölkə ərazisində 4 gün qeyri-iş günü olub.

Ramazan bayramınız mübarək

Artıq bayramla bağlı olaraq Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə xalqı təbrik ediblər.

Bayram namazının zamanı və yeri də açıqlanıb. Namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol