• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə bayram xəbərdarlığı

Sürücülərə bayram xəbərdarlığı
16.07.2015 16:11
"Sabahdan ölkədə Ramazan bayramı başlayır. Bayram günlərində rayonlara gedən yollarda canlanma müşahidə olunacaq. Bu münasibətlə Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib”.

Bunu ANS PRESS - ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin, Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədov bildirib ki, ölkədə 4 gün qeyri-iş günü olması münasibətilə rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar yollarda xüsusi təhlukəsizik tədbirləri görulüb, polis əməkdaşlarının sayı artırılıb.

Rəis ANS PRESS vasitəsi ilə sürücülərə xəbərdarlıq da etdi: "Sürücülər hava şəraiti ilə əlaqədar olaraq kondisionersiz maşınlarla yola çıxmasınlar, sükan arxasında mobil telefondan istifadə etməsinlər, sürət həddini aşmasınlar, ötmə əməliyyatını həyata keçirərkən diqqətli olsunlar, tibbi dərman vasitələrindən istifadə etdikdən sonra sükan arxasına əyləşməsinlər, ara məsafəsini düzgün seçsinlər, özləri öz həyatlarını təhlükəyə atıb sevdiklərini gözü yaşlı qoymasınlar. Qayda pozuntusuna yol verməyərək ailə büdcəsinə qənaət etsinlər".

Bölmə rəisi onu da əlavə etdi ki, bu ilin ilk 6 ayı ərzində qəzalarında ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqaisədə 105 nəfər az olub.

Qeyd edk ki, Nazirləri Kabinetinin qərarına əsasən bu il ölkəmizdə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq. Lakin əmək məcəlləsinə edilən dəyişikliyə əsasən iyulun 18-i şənbə gününə təsadüf etdiyindən ayın 20- si də qeyri iş günü olacaq.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol