• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın hakim partiyasının deputatlığa namizədlərinin ilkin siyahısı hazırdır

Azərbaycanın hakim partiyasının deputatlığa namizədlərinin ilkin siyahısı hazırdır
28.05.2020 18:24

YAP bütün dairələrdən namizədlər irəli sürməyi planlaşdırır


"Bütövlükdə YAP-nın deputatlığa namizədlərlə bağlı ilkin siyahısı hazırdır”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, YAP hazırkı parlamentdə 72 deputatla təmsil olunub, hazırda bu dairələrdən 5-i boşdur: "Hazırkı deputatlarla bağlı tədqiqat başa çatdırılıb. Yerlərdə onların fəaliyyəti, insanlar tərəfindən qəbul olunması, rayonda təbliğat-təşviqat kampaniyasında iştirakı, seçicilərlə görüşlər keçirməsi sahəsində fəaliyyətləri, seçicilərin maraqlarını təmsil etmək baxımından parlamentdə qanunvericilik təşəbbüsləri ilə çıxışları, beynəlxalq təşkilatlarda Azərbaycanı təbliğ etməsi, dövlətçiliyə sədaqəti kimi amillər tədqiq olunub və yekunlaşıb. Digər dairələrdə də işlər aparmışıq, çünki bu dəfə YAP bütün dairələrdən namizədlər irəli sürməyi planlaşdırır. Bəzən olub ki, tanınmış ziyalılar, Azərbaycanda çox hörmətli olan insanlar və iqtidaryönlü partiyaların rəhbərləri olan yerlərdə biz namizəd irəli sürmürdük. Bu dəfə də bu məsələ YAP İdarə Heyətinin qərarından asılıdır".

S. Novruzov qeyd edib ki, keçmişdə namizədliyi irəli sürülüb, seçilməyən YAP-çılar, həmçinin bir dəfə deputat olub, sonradan parlamentə seçilməsə də, partiya həyatında fəal iştirak edən insanlar var: "Bununla bağlı da tədqiqat aparılıb, sənədlər toplanıb. Avqust ayında bu məsələyə bir daha baxılacaq və partiyanın rəhbərliyinə, rəhbər orqanlarına təqdim olunacaq".

İlkin mərhələdə YAP-ın hazırkı deputatlarından neçə faizinin siyahıda yer almamasına gəlincə, S. Novruzov qeyd edib ki, bu barədə qərarı partiya rəhbərliyi verəcək: "Ancaq  onlardan ilkin namizədlər siyahısında yer almayanlar da, nəzərdə tutulan 4-5 prinsipdən bir neçəsinə cavab verməyənlər də var”.

S. Novruzov deyib ki, YAP bütün namizədləri üçün vahid plakat çap etdirməyi də qərarlaşdırıb: "Həmçinin seçki ilə bağlı partiyamızın üzərinə düşən digər texniki işlər görülüb".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol