• $
  • €
  • ₽
  • ₺
  • £

"Oruc tutanlar Ramazandan sonra yeməyinə diqqət yetirməlidir"

"Oruc tutanlar Ramazandan sonra yeməyinə diqqət yetirməlidir"
17.07.2015 17:48
"Ramazan ayında oruc tutan şəxslər bayramın ilk günlərindən etibarən qidalanma rejiminə həssas yanaşmalıdırlar".
 
Bunu "Report"a həkim-dietoloq Leyla Zülfüqarova deyib.
 
O bildirib ki, bədənin bu yeni nizamına sürətli bir şəkildə adaptasiya olması üçün bəzi incəliklərə diqqət etmək lazımdır: "Bir ay ərzində metobolizma-həzm sürəti ləngiyən orqanizimi birdən-birə yükləmək ən böyük səhv olardı. Bu baxımdan da yeni qida rejiminə yavaş-yavaş keçmək lazımdır. Ümumiyyətlə Ramazan ayının hikməti insanı sağlam yaşamağa, sağlam qidalanmağa çağırır. Yəni insan nə yediyini və necə yediyini bilməlidir".

Həkim deyib ki, tələsmədən və qidaları qarışdırmadan yemək vacibdir. Dietoloqun sözlərinə görə, əgər insan bir ay ərzində müəyyən qida rejiminə öyrəşibsə, bu rejimi müəyyən müddət saxlamaq lazımdır: "Birdən-birə fərqli qidalar, xüsusi ilə şirniyyat yemək olmaz".

L. Zülfüqarova qeyd edib ki, xüsusilə şirniyyat və un məmulatlarını birdən-birə yemək olmaz: "İlkin olaraq daha çox südlü, ətli, göyərtili qidalara üstünlük verilməlidir. Sonra isə digər qidalara orqanizmi öyrəşdirmək lazımdır. Əgər insanın orqanizminin şirniyyata ehtiyacı varsa, bunu günün birinci yarısında yemək məsləhətdir. Ayrıca bol-bol su içmək lazımdır".

O deyib ki, qidalanma rejiminin birdən dəyişdirilməsi bəzi sağlamlıq problemlərinə yol aça bilər: "Qidalanma rejiminin pozulması şəkərli diabet, hipertoniya, ürək, qan-damar sistemi xəstəlikləri, mədə-bağırsaq problemi, həzm aparatının pozulması kimi xəstəliklərə səbəb ola bilər. Ümumiyyətlə, insan qida rejimini birdən-birə dəyişdikdə belə xəstəliklərə rast gəlinir".

Dietoloq bildirib ki, əsasən də risk qrupuna daxil olan insanlar bayramlardan sonra qidalanmalarına və sağlamlıqlarına diqqət yetirməlidirlər. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol