• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq
18.07.2015 11:09
Ötən gün səhər saatlarından Azərbaycanla-Gürcüstan sərhəddindəki - Sınıq Körpü Buraxılış məntəsəqində başlayan sıxlıq axşam saatlarına qədər davam etdi. 

Gürcüstan tərəfə getmək istəyən yük və minik avtomobilləri saatlarla Azərbaycan tərəfində gözləməli oldu. Günün müəyyən vaxtlarında hətta avtomobil növbəsinin uzunuluğu Qazağın Şıxlı kəndinədək çatırdı. Qonşu ölkəyə gedənlər arasında Gürcüstanın azərbaycanlı vətəndaşları ilə yanaşı, istirahət üçün ora gedənlər də çoxluq təşkil edir. 

Buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin yerli qurumlarından bildirdilər ki, keçidlərdəki izdiham Ramazan Bayramı ərəfəsindəki istirahət günləri ilə əlaqəlidir və bu səbəbdən Gürcüstana üz tutanlar çoxdur. Lakin sərhəddin Gürcüstan tərəfində az sayda insan var.

Sınıq Körpü buraxılış məntəqəsində avtomobillər üçün nəzərdə tutulan keçidlə yanaşı piyada keçid xəttində də sıxlıq var. Bu günün də bayram günü olduğunu nəzərə alaraq, istirahət üçün Gürcüstana gedənlərin çox olacağı və bu səbəbdən də sıxlığın bu gün də davam edəcəyini demək olar. 

Yaranan problemlə əlaqdar Dövlət Gömrük Komitəsinin açıqlamasında deyilir ki, bu günlərdə komitənin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Və avtomobillər üçün nəzərdə tutulan keçidlərin 2-si yox, 4-ü də fəaliyyət göstərəcək. //ANS

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol