• $
  • €
  • ₽
  • ₺
  • £

Sələfi liderlər arasında fikir ayrılığı

Sələfi liderlər arasında fikir ayrılığı
19.07.2015 14:00
Islam düşmənləri tarixdən bəri müsəlmanları parçalmağa çalışıb, onlar arasında fikir ayrılığı yaradacaq məzhəblərin yaranmasına səbəb olublar. Son vaxtlar Azərbaycanda yayılan vahabilik cərəyanı kimi... Hərçənd ki, bu məzhəb sahibləri özlərinin vahabi adlandırılmalarına qarşı çıxırlar. Buna səbəb kimi düşmənlərinin onlara bu adı vermələrini əsas gətirirlər. 


Onlar özlərini sələfi adlandırır və dini radikallıqla bağlılıqlarını inkar edirlər. Maraqlıdır, hazırda Azərbaycanda mövcud olan sələfilik cərəyanı hansı mərhələdədir, daha çox hansı bölgələrdə yayılıb?

ANN.Az xəbər verir ki, modern.az saytının bu qəbildən olan suallarını sələfilərin lideri Hacı Qamət Süleymanov cavablandırıb.

O bildirib ki, Azərbaycanda sələfilərin davamçıları həddindən çoxdur: 

"Amma onların dəqiq sayı, hansı bölgədə daha çox olması barədə hesabat aparılmır. Demək olar ki, sələfilər bütün bölgələrdə var.

Ümumiyyətlə, "Əbu Bəkr” məscidində törədilmiş məlum partlayışdan sonra sələfiliyə dəvət gətirənlərin sayı çoxalıb. Əlbəttə, məscidin bu vəziyyətdə qalması təəssüf doğurur. Bu, radikallığın artmasına səbəb olur. Çünki, radikallara belə ab-hava sərf edir. Hesab edirəm ki, radikallığın qarşısının alınması üçün ilk növbədə məscid yenidən fəaliyyətə başlamalıdır. Eyni zamanda radikallığın mənfi təsirlərinin olması barədə insanlar arasında maarifləndirmə işlərini aparılmalıdır”.

Q.Süleymanov "Sələfiliyin digər qoluna rəhbərlik edən Əlixan Musayevlə eyni ideologiyaya sahib olduğunuz halda, hansı səbəbdən vahid mövqeyə gəlmirsiniz” sualına cavab olaraq deyib ki, onların düşüncə tərzində fərqlər mövcud olduğu müddətdə bu mümkün deyil:

"Nəzərə alın ki, baxışlar, məsələlərə yanaşma fərqi olduğu üçün müsəlmanlar bölünüb. O cümlədən vəhabilik. Vahabiliyin digər qolunu radikallar təmsil edir. Aramızda fikir ayrılığı olduğu üçün nə onlarla, nə də onların rəhbəri Əlixan Musayevlə bir araya gəlməmiz mümkün deyil. Ona görə də məsələlərə yanaşmamızda radikallarla fikir ayrılığımız var.

Sünni-şiə məsələsi də bu cürdür. Bu, indi deyil, tarixdən bəri mövcud olan məsələdir. Problemlərin aradan qaldırılması üçün həm sünni, həm də şiələr tərəfindən radikallıq pislənilməlidir. Radikallıq hər bir firqədə var, onlara qarşı mübarizə aparmaq lazımdır. Amma əksəriyyət bizə qarşı bundan istifadə edir. Guya, radikallıq təkcə sələfilikdə var. Hələ İŞİD peyda olmamışdan əvvəl biz radikallığın əleyhinə idik. Məhz onlara görə terrora məruz qalmışıq. Biz əlimizdən gələni edirik. Amma hər kəsin birlik nümayiş etdirməsi vacibdir”.

Hacı Qamət Ramazan ayının dini ayinlərilə bağlı yaranan fikir ayrılığına da münasibət bildirib: "Sələfilər dövlət tərəfindən elan olunan qaydalara riayət edir. Təklif edirəm ki, fikir ayrılığının yaranmaması üçün hər kəs buna riayət etsin”.

O, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Rəsədxanası ilə ortaq fikrə gəlməsini müsbət qiymətləndirib:

"Sevindirici haldır ki, bu il bayram günü şəriətə uyğun təsdiq olunub, ayın görünüb-görünməməsində Şamaxı Rəsədxanasına istinad olunub. Bu çox müsbət və təqdirəlayiqdir haldır”.

Hacı Qamət Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə də münasibət bildirib:

"İdarənin fəaliyyətini normal qiymətləndirirəm. Məsələn, bu il mərasimlər çox gözəl təşkil olundu. İdarə Şamaxı Rəsədxanasına istinad etdi. Bu da təbii ki, ölkədə bölünmənin qarşısını alacaq. Bu çox böyük addımdır. Çünki camaat arasında fikir ayrılığı yaratmaq, onları bölmək üçün bəzi qruplar bayram məsələlərindən istifadə edirdilər. Bu məsələdə dini idarə təqdirəlayiq addım atdı”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol