• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Azərbaycan jurnalistlərini təbrik edib

XİN Azərbaycan jurnalistlərini təbrik edib
21.07.2015 11:05
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) milli mətbuatın yaranmasının 140 illik yubileyi ilə əlaqədar ölkə jurnalistlərini təbrik edib. 

XİN-in mətbuat xidmətindən "Report”a daxil olan açıqlamada qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 iyun 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunur: "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Jurnalist əməyi qeyri-adi, olduqca zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” deyə kəlamı milli mətbuat nümayəndələrinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir”.

Açıqlamada bildirilib ki, milli jurnalistikanın müstəqil inkişafına dövlət qayğısının nümunəsi olaraq, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Mətbuat Şurası uğurla mətbuat, cəmiyyət və dövlət arasında əlaqələndirici rolunda çıxış edir: "Bu gün milli jurnalistikanın milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və ümumiyyətlə, ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, region və onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılması, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında müstəsna xidməti var. Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan məqsədyönlü qarayaxma kampaniyasının qarşısının alınmasında vətənpərvər milli mətbuat öz vəzifəsini bir daha layiqincə yerinə yetirdi.

Xarici İşlər Nazirliyi KİV-lə münasibətdə açıqlıq şəraitində KİV-in sorğu və suallarının operativ qaydada cavablandırılması, bu xüsusda, elektron vasitələrin tətbiqi və sosial şəbəkələrin imkanlarından geniş şəkildə istifadə edilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək. Xarici KİV nümayəndələrinin akkreditasiyası funksiyasını həyata keçirən bir qurum kimi XİN tərəfindən bu sahədə hüquqi baza yaradılıb və elektron xidmətlərin tətbiqinə başlanıb”.

Xarici İşlər Nazirliyi rəhbərliyi, nazirliyin mərkəzi aparatının və diplomatik nümayəndəliklərin kollektivi milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar bu sahədə çalışan bütün peşəkarları təbrik edib və bu şərəfli işlərində onlara uğurlar arzulayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol