• $
  • €
  • ₽
  • ₺
  • £

DİP mükafata layiq görülənlərin adlarını açıqladı

DİP mükafata layiq görülənlərin adlarını açıqladı
21.07.2015 17:55
Demokratik İslahatlar Partiyasının Siyasi Şurası Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata 2015-ci ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.

 Qərara əsasən sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:

1. Xaqani Səfəroğlu (strateq.az) - ictimai-siyasi mövzularda peşəkar məqalələrinə görə

2. Dilqəm Əhməd ("Gündəlik teleqraf" qəzetinin redaktoru) - Azərbaycanın milli-mədəni və ədəbiyyat tarixinə dair araşdırmalarına görə

3. Cəmilə Ələkbərova ("Exo" qəzeti) - sosial və humanitar sahədəki obyektiv yazılarına görə

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü və milli mətbuatımızın yaranmasınını 140 illiyi münasibətilə təbrik edir!

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol