• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yenicə vəzifə təyinatı almış şəxs vəfat edib

Azərbaycanda yenicə vəzifə təyinatı almış şəxs vəfat edib
22.07.2015 11:26
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitunun "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru Fərəməz Əsədov vəfat edib. 

"Report" xəbər verir ki, akademik, texnika üzrə fəlsəfə doktoru olan F.Əsədov 77 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Əsədov 1957-ci ildə Bakı Neft Texnologiya Texnikumunu, daha sonra M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirib. Neft emalı Elmi-tədqiqat İnstitutunda operator (1957), Elmlər Akademiyası sistemində növbətçi mühəndis, qurğu rəisi (1959) vəzifələrində çalışıb. 1980-ci ildən AKİ-nin nəzdindəki "Aşqar" Xüsusi Texnoloji Bürosunun (XTB) direktoru işləyib. "SSR-nin ixtiraçısı" fəxri adı (1973), "Əmək şücaətinə görə" və "Əmək veteranı" medalları (1986), habelə AMEA Riyasət heyətinin və Respublika Həmkarlar Konfederasiyasının fəxri fərmanları (1996) ilə təltif olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2009-cu il tarixli sərəncamına əsasən ona "Əməkdar mühəndis" fəxri adı verilib. F.Əsədov 40-dək elmi əsərin, o cümlədən 21 müəlliflik şəhadətnaməsi və 4 patentin müəllifidir ki, bunların 10-u istehsalata tətbiq olunub.
O, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun "Aşqar" Təcrübə İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru vəzifəsinə 2014-cü ilin dekabr ayında təyin edilmişdi.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol