• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ-ın nümayəndələri beynəlxalq tədbirdə

ARGTMŞ-ın nümayəndələri beynəlxalq tədbirdə
23.07.2015 17:08
Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən Beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində ARGTMŞ-ın nümayəndələri iştirak edib.

 "Dialoq 2015” Beynəlxalq Gənclər Düşərgəsi Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və Gənclər üzrə Fedaral Agentliyinin dəstəyi ilə Rusiya Federasiyasının gənclər və uşaqlar birliyinin Milli Şurası və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan nümayəndələri ilə yanaşı Rusiya, Gürcüstan, Qazaxstan, Polşa, Belarus, Moldova, Bosniya və Hersoqovina, Vyetnam, İsveçrə, Ermənistan ölkərinin fəal gəncləri iştirak edib.

"Dialoq 2015” Beynəlxalq Gənclər Düşərgəsinin məqsədi gənclər arasında mədəni müxtəlifliyin dəyərinin və mədəniyyətlərarası dialoqun qurulmasında gənclərin fəallılığının artırılmasıdır.

Beynəlxalq tədbirin açılış mərasimində Avropa Şurasının təhsil üzrə məsləhətçisi Menno Ettema açılış nitqi ilə start verib daha sonra Avropa Şurasının Gənclər Departmentinin Koordinatoru Marina Filaretova, Rusiya Gənc və Uşaq Birliklərinin Milli Şurasının Sədri Qriqoriya Petuşkov, Gənclər üzrə Federal Agentliyin rəhbəri Serqey Pospelov çıxış ediblər. Düşərgə ərzində iştirakçılar mədəniyyətlərarası dialoqun yerli icmalar arasında qurulması və inkişafı, cəmiyyətdə müsbət dəyişiklik imkanları haqqında müzakirələr aparıb, bu istiqamətdə fəaliyyət strategiyası qurulub. Təlimlər zamanı həmçinin potensial liderlərin üzə çıxarılması və onların yerli icmalar ilə işləməsinin təmin edilməsinə dəstək olmaq prioritet məsələlərdən olub. Tədbir zamanı "Nifrət nitqinə yox”, "Kritik düşüncə”, "Gənclər siyasətində empatiya”, "Beynəlxalq layihə idarəetmə” və "Avropa Şurasının Mədəni beynəlxalq tədbirlərlə iş üzrə proqramlar” üzrə mövzlarda master klasslar keçirilib və müzakilərlər aparılıb. Tədbirin mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib. Mədəniyyət gecəsində Azərbaycanın milli tarixi haqqında məlumat verilib, milli rəqsləri, milli musiqisi ifa edilib və milli mətbəxi nümayiş olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol