• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Naxçıvandan Yerevanı darmadağın etmək imkanına malikdir”

“Azərbaycan Naxçıvandan Yerevanı darmadağın etmək imkanına malikdir”
23.07.2015 17:30
"Ermənistan mətbuatının məlumatına əsasən bu ölkənin müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttində, o cümlədən bir neçə dəfə Naxçıvan istiqamətində olması, oradakı mövqeləri yoxlaması düşmən tərəfinin narahatçılığının bariz nümunəsidir. Qonşu dövlətin ekspertləri və şərhçilərinin də etiraf etdiyi kimi Ermənistanın hərbi rəhbərliyinin cəbhənin müxtəlif istiqamətlərinə tələsik səfərləri erməni ordusundakı nizam-intizamsızlıq və özbaşınalığın qarşısını almağa cəhd etməklə yanaşı müdafiə xəttində boşluqların olmasının sübutudur”.
 
Bu barədə "Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ermənilərin canlı qüvvəsini itkiyə məruz qoymaqla və mühəndis-istehkam texnikasını sıradan çıxarmaqla düşmənin öz müdafiə xətti boyu səngərlərini möhkəmləndirmək cəhdlərinin qarşısını dərhal alır: "Müdafiə nazirinin göstərişinə əsasən, mövqelərimizin möhkəmləndirilməsi ilə yanaşı qarşı tərəfin qoşunların təmas xətti boyu hərəkəti tam nəzarətimizdə saxlanılır və hər an düşmənə itki verilməsi ilə onların istənilən hərəkətinin qarşısı atəşlə alınır. Elə son günlərdə bölmələrimiz iriçaplı silahlar və kalibri daha iri minaatanlardan istifadə etməklə düşmənə xeyli ziyan vuraraq onun cəbhədə fəal olmaq cəhdlərinin qarşısını dərhal alıb”.

Nazirlikdən vurğulanıb ki, Yerevanın hərbi-siyasi rəhbərliyini hərbi cəhətdən narahat edən istiqamətlərdən biri də Naxçıvandır: "Muxtar Respublikanın ərazisinin strateji əhəmiyyəti nəzərə alınaraq orada Əlahiddə Ümumqoşun Ordusunun yaradılması haqqında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən qərar Naxçıvanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə imkan verib.

Qorxu və vahimə içində olan Seyran Ohanyan və ümumilikdə Emənistan tərəfi artıq etiraf edir və anlamağa başlayıb ki, müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri, raket-artilleriya qurğuları, həmçinin "Smerç” reaktiv yaylım atəş sistemləri ilə möhkəmləndirilən, hərbi cəhətdən üstün Naxçıvandan Ermənistan ərazisində yerləşən hərbi obyektləri, o cümlədən Yerevanı nəzarətdə saxlayaraq istənilən anda onları darmadağın etməyə imkanımız var”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol