Hacı İbrahim Nehrəmlinin şirkəti Vergilər Nazirliyini məhkəməyə verdi

"Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verib.
"Report”un xəbərinə görə, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycanın Ali Məhkəməsində baxılır.
Vergi borcunun məbləği açıqlanmır.
"Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli "Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























