• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial müavinət və təqaüd alanlara XƏBƏRDARLIQ

Sosial müavinət və təqaüd alanlara XƏBƏRDARLIQ
29.05.2020 11:11
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son aylarda keçirdiyi müvafiq tenderin nəticələrinə uyğun olaraq, cari ilin iyul ayının əvvəlindən etibarən respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gəlmiş "Kapital Bank"a həvalə edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, indiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar üçün "Kapital Bank" tərəfindən plastik ödəniş kartları hazırlanıb. Artıq həmin şəxslər şəxsiyyət vəsiqələrini "Kapital Bank"ın aidiyyəti rayon (şəhər) filiallarına təqdim edərək plastik ödəniş kartlarını əldə edirlər. Hazırda "Kapital Bank"ın Bakı şəhərindəki 10 filialı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Plastik kartların verilməsi prosesinin daha da sürətləndirilməsi məqsədilə "Kapital Bank"ın qeyd olunan filiallarında iş qrafiki dəyişdirilib. Həmin filiallar həftə içi saat 09:00-dan 20:00-dək işləməklə yanaşı, şənbə və bazar günləri də saat 09:00-dan 18:00-dək vətəndaşlara plastik kartların verilməsni həyata keçirəcəklər. Ona görə də vətəndaşlar plastik kartlarını almaq üçün şənbə və bazar günləri də qeyd olunan saatlarda həmin filiallara şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə bu barədə vətəndaşların məlumatlandırılması üçün müvafiq təlimatlar verilib.

Hazırda vətəndaşlara plastik kartların verilməsi prosesinin vaxtlı-vaxtında başa çatdırılması üçün nazirlik və "Kapital Bank" birgə əlaqəli şəkildə səyləri davam etdirirlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol