• $
  • €
  • ₽
  • ₺
  • £

Qüsurla doğulan uşaqlar barədə AÇIQLAMA

Qüsurla doğulan uşaqlar barədə AÇIQLAMA
25.07.2015 14:03
"Azərbaycanda qüsurlu doğulan uşaqların sayında artım yoxdur. 

Əvvəlki illərdə necə olubsa, bu gün də qüsurla doğulan uşaqların sayı eynidir”. Bu sözləri Modern.az-a açıqlamasında ölkənin baş pediatrı Nəsib Quliyev deyib. O qeyd edib ki, Azərbaycanda qüsurlu doğulan uşaqların arasında birinci yerdə ürək, qan-damar sistemi problemləri olan körpələr durur. İkinci yerdə böyrəklər, sidikçıxarıcı orqanların anadangəlmə qüsurları olan uşaqlar dayanır.

"Sonrakı yerlərdə isə sifət, üz nahiyyəsində, gövdə, ayaq, barmaqlarda qüsurlar olan yeni doğlumuş körpələr dayanır. İnkişaf qüsurlarının çoxsaylı səbəbləri var. Bu, hamilə zamanı bətn daxilində, dölün embrional dövründə , hamiləliyin ilk trimestri, yəni 3 aylığında embrionun inkişafında olan problemlərlə bağlı ola bilər. Buna infeksiya və ya hər hansısa xəstəlik, ananın qidalanması, ümumi halı da təsir göstərə bilər. Yəni uşaqların qüsurlu doğlumasının bilavasitə səbəbi aşkar deyil, amma ona şərait yaradan faktorlar məlumdur. Bu gün qızılca-məxmərəyə qarşı peyvənd aparılır. Əgər hamilə qadın qızılca-məxmərəyə hamiləliyin birinci trimestirində yoluxursa, onda uşaqlar qüsurla doğulur, yəni bədənin inkişafının müəyyən hissəsi pozulur”.

N.Quliyev qeyd edib ki, istənilən qüsur anadangəlmə və sonradan qazanılma, yəni keçirdiyi xəstəliyin nəticəsində qazanılan qüsurlar da ola bilir. 

"Eşitmə, danışma, görmə qüsurları da anadangəlmə və ya sonradan qazanılma ola bilər, bunlar mürəkkəb qüsurlardır və təəssüf ki, bunların da bilavasitə səbəbləri bilinmir. Eyni zamanda onların diaqnozunu qoymaq da sadə deyil.

Bu cür probləmlərin qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir. Azərbaycanda uşaqların icbari dispanserizasiyasının tətbiqi bu məqsədi güdür ki, uşaqların üstündə insanların, valideyinlərin, həkimlərin məsuliyyəti bir daha artsın”.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol