• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1 733 nəfərin müəllim işləmək şansı var

Azərbaycanda 1 733 nəfərin müəllim işləmək şansı var
27.07.2015 16:42
Azərbaycan Təhsil Nazirliyi artıq bir həftədir davam edən müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 14 fənn üzrə test imtahanı keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu imtahanlarda ümumilikdə 12 076 nəfər iştirak edib. İyulun 27-dən 29-dək isə ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya ixtisasları üzrə test imtahanları keçiriləcək.

İndiyədək keçirilən imtahanların nəticələrinə əsasən 1 733 nəfər seçdiyi vakant yeri tutmaq hüququ qazanaraq müsabiqənin müsahibə mərhələsinə buraxılıb. Müsahibəyə buraxılanların 186 nəfəri Azərbaycan dili və ədəbiyyat, 138 nəfəri ingilis dili, 39 nəfəri rus dili, 5 nəfəri rus dili və ədəbiyyatı, 9 nəfəri alman dili, 10 nəfəri fransız dili, 145 nəfəri riyaziyyat, 153 nəfəri informatika, 144 nəfəri fizika, 185 nəfəri kimya, 149 nəfəri biologiya, 261 nəfəri coğrafiya, 152 nəfəri tarix, 157 nəfəri fiziki tərbiyə müəllimləridir. Müsahibə mərhələsi test imtahanları başa çatdıqdan sonra - iyulun 30-dan avqustun 3-dək keçiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplamış, lakin vakant yer tutmamış namizədlər iştirak edə bilərlər.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol