• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ Azərbaycanı Bolqarıstanda keçirilən beynəlxalq layihədə təmsil edib

ARGTMŞ Azərbaycanı Bolqarıstanda keçirilən beynəlxalq layihədə təmsil edib
27.07.2015 14:18
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Bolqarıstanda keçirilən "Fəal könüllülər daha yaxşı vətəndaşlar” layihəsində Azərbaycanı təmsil edib. Erasmus+ və İnsan Resurslarının İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layiyədə Azərbaycan ilə yanaşı, Bolqarıstan, Gürcüstan, Moldova, Latviya və Estoniyanın fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Layihə gənclərin fəallılığını, könüllü fəaliyyət haqqında məlumatlılığını artırmaq, gənclərə könüllülük dəyərlərini mənimsətmək məqsədilə keçirilib.

Layihə çərçivəsində qeyri-formal təhsil metodologiyasına əsaslanan təlimlər gənclərin sosial, kommunikativ və dil bacarıqlarının, eləcə də, mədəniyyətlərarası mühitdə iş üçün səlahiyyətlərinin inkişafı istiqamətində keçirilib. Tədbirdə ARGTMŞ-ın nümayəndə heyəti Azərbaycandakı könüllülük fəaliyyəti ilə bağlı təqdimat edib. İştirakçılar tərəfindən yüksək qiymətləndirilən təqdimatda "Bakı 2015” 1-ci Avropa Oyunları zamanı ölkəmizdəki könüllülük fəlsəfəsi və Azərbaycanda Avropa Könüllülük xidməti əsasında yaradılmış Azərbaycan Könüllülük Xidmətinin fəaliyyəti haqqında danışılıb və iştirakçılara Azərbaycandakı könüllülük hərəkatı əsasında tövsiyyələr verilib. Növbəti günlərdə iştirakçılar Avropa Parlamentinin nümayəndəsi Andrey Novakov ilə keçirilən görüşdə iştirak edib. Görüş zamanı Andrey Novakov öz könüllülük fəaliyyətindən danışıb, uğur hekayəsini iştirakçılar ilə bölüşüb. Sonda, nümayəndə iştirakçıların gənclər siyasəti ilə bağlı suallarını cavablandırıb və gənclər arasında sözügedən mövzuda fikir mübadiləsi aparılıb. Layihə çərçivəsində iştirakçı ölkələr tərəfindən loqalar hazırlanıb və nümayiş olunub. 6 ölkəndən olan nümayəndələrin iştirakı ilə keçirilən səsvermənin nəticəsində Azərbaycan nümayəndələrinin hazırladığı loqo birinci yerə layiq görülüb. Qeyd edək ki, layihənin davamında Azərbaycan nümayəndə heyətinin hazırladı loqonun daimi olaraq istifadə olunması nəzərdə tutulur. Tədbir çərçivəsində həmçinin, mədəniyyət gecəsi keçirilib. Mədəniyyət gecəsi Azərbaycanın milli mətbəxinin və rəqslərinin nümayiş olunması ilə yadda qalıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol