• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib

Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib
28.07.2015 16:35
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanı təmir edən briqada dəyişdirilib. 

Bina sakinlərindən birinin "Report"a verdiyi xəbərə görə, binanın təmiri "Azəraqrartikinti" ASC-nin Bərdə rayon filialından alınaraq Sabirabad rayon filialına həvalə edilib.

Sakinin sözlərinə görə, binanın təmir işlərinə nəzarət edən "Azəraqrartikinti" ASC-nin Bərdə filialının idarə rəisi Emil Hacıyev özü işdən imtina edib: "Hazırda binada təmir və bərpa işləri davam edir. Yeni briqada 3 növbə ilə işləyir. Bizə verilən məlumata görə, heyətdə 250 nəfər var. İşlər kifayət qədər sürətlə gedir. Pəncərələr qoyulub. Artıq mənzillərdəki işlərin yarısı görülüb. Bir neçə mənzildə işlər başa çatmaq üzrədir".

O bildirib ki, sakinlərə yaxın müddətdə mənzillərinə köçürüləcəyi deyilib: "Sentyabr ayının 15-dək bina sakinlərinin evlərinə köçürüləcəyini deyiblər. Bu səbəbdən də təmir işləri sürətlənib".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol