• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan İrana müalicəyə gedənlərin kütləviliyi azalıb

Azərbaycandan İrana müalicəyə gedənlərin kütləviliyi azalıb
29.07.2015 12:10

"Son vaxtlar İrana müalicəyə gedən xəstələrin kütləviliyi azalıb. Bunun da səbəbi Azərbaycana Avropa ölkələrində və Türkiyədə təhsil almış peşəkar kadrların gəlməsi, ölkəmizə müasir tibbi avadanlıqların gətirilməsi, İranda müalicə qiymətlərinin qalxmasıdır”.

Bunu Modern.az saytına tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, İranda səhiyyə ocaqları yüksək səviyyədə deyil:

"İranın müalicələri içərisində də problemlər var. Ona görə də insanlar bir daha əmin oldular ki, İranda heç də hər şey yüksək səviyyədə deyil. Çünki bizim xəstələrin böyük əksəriyyəti İranın əyalətlərinə gedir. Ən yaxşı halda isə Təbrizə gedirlər. Təbii ki, İranda səhiyyəni qərb təbabəti hesab eləmək olar. Ona görə Tehranda səhiyyə yüksək səviyyədədir. Amma əyalətlərdə yerləşən səhiyyə ocaqlarında ən köhnə avadanlıqlardan istifadə olunur. İnsanlar da bunların hamısını görüb müasir avadanlıqların İranda deyil Azərbaycanda olduğunu bilirlər.

Son vaxtlar Azərbaycana Avropa ölkələrində və Türkiyədə təhsil almış daha peşəkar kadrlar gəlir. İnsanlar da bunun fərqindədir. Əksər vətəndaşlarımız Azərbaycanda effektiv müalicə ala biləcəklərini bildikləri üçün daha İrana getmirlər”.

Adil Qeybulla Azərbaycanda sığorta təbabətinin olmadığını qeyd edib:

"Bizim ən böyük problemimiz maliyyə ilə bağlıdır. Yəni ölkəmizdə sığorta təbabəti yoxdur. Vətəndaşlar sosial müdafiə elementi olan bu sığortadan bəhrələnə bilmirlər.

Əvvəllər İranda müalicə nisbətən ucuz idi. Son vaxtlar isə İranda da müalicə qiymətləri qaldırılıb. Sanki bizim səviyyəyə çatıb. Ona görə də insanlar artıq ora getməyə heç lüzum görmürlər. Düzdür, yenə də gedənlər var. Amma İrana müalicəyə gedən insanların kütləviliyi azalıb. Həmçinin İranın müalicəsindən narazı qalanlar var. Bu da çox ciddi şəkildə prosesə təsir edir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol