Azərbaycanlı alimentə görə məhkəmədə özünü bıçaqladı

24 yaşlı Məhəbbət Uğurliyev Göygöl məhkəməsi binasında qanını töküb.
Azərbaycanın Göygöl rayon sakini özünü bıçaqlayıb.
ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Göygöl rayon Məhkəməsində qeydə alınıb.
Rayonun Çaykənd sakini, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurliyev Göygöl rayon Məhkəməsinin icra qrupuna çağırılaraq, 700 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə barəsində hüquqi tədbir görüləcəyi bildirilib. Bu zaman M. Uğurliyev bıçaqla özünə xəsarət yetirib.
Qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən M. Uğurliyevin vəziyyətinin orta ağır olduğu bildirilir
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























