• $
  • €
  • ₽
  • ₺
  • £

“ASAN Xidmət”lə bağlı ŞAD XƏBƏR

“ASAN Xidmət”lə bağlı ŞAD XƏBƏR
30.07.2015 13:57
 "Azərbaycanda "ASAN Xidmət” mərkəzlərinin sayı artıqdca vətəndaşların hansı region üzrə qeydiyyatından asılı olmayaraq istənilən şəxsə xidmət göstəriləcək”. 

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır: "Gələn ildən etibarən qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərə biləcəyik. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda mərkəzlərin olmamasıdır. Növbəti ildən isə Qəbələ və Masallı şəhərlərində "ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq”.
Sədr müavini, həmçinin qeyd edib ki, hazırda 6 regionda səyyar avtobuslar fəaliyyət göstərir: "Həmin avtobuslardan 1-i Şəkidə, digərləri Yardımlıda, Qazaxda və Bakı ətrafı ərazilərdə vədəndaşlara xidmət göstərir. Səyyar "ASAN Xidmət” vasitəsilə 6 rayon olmaqla 17 regionun vətəndaşlarına xidmət edirik. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb və hamısı xidmət göstərir”.

Qeyd edək ki, hazırda respublikada 9 "ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə Sabirabad və Bərdədədir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol