• $
  • €
  • ₽
  • ₺
  • £

"Yayın isti və quraq keçməsi böyük yanğın təhlükəsi yaradır"

"Yayın isti və quraq keçməsi böyük yanğın təhlükəsi yaradır"
30.07.2015 19:38
"Ərazidə rütubət çatışmazlığı həddən artıq az olduğundan, havalar isti və quraq keçdiyindən, meşələrdə və meşə-çöl zonasındakı birillik ot bitkiləri quruduğundan hazırda çox böyük yanğın təhlükəsi mövcuddur. Xırda qığılcımdan yanğın törəyə bilər”.

Bunu APA-ya AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. O bildirib ki, sinoptiklərin və Coğrafiya İnstitutunun mütəxəssislərinin proqnozlaşdırıldığı kimi yay fəsli ölkədə çox isti və quraq keçir: "Baxmayaraq ki, bir ara qısamüddətli leysan yağışlar yağdı. Ancaq bu, ərazinin rütubətlik dərəcəsinin artmasına o qədər də güclü təsir göstərmir. Bu da özünü bir çox dağ çaylarının sularının azalmasında, hətta bəzilərinin qurumasında göstərir”.

E. Əlizadənin sözlərinə görə, rayonlarda taxıl biçinindən sonra sahələrin yandırılması ilə torpaq strukturuna böyük ziyan dəyir: "Fermerlərimiz taxıl biçini qurtarandan sonra sahələri yandırırlar. Bu həmin ərazinin torpaq strukturuna ziyandır. Həmçinin xeyirli həşərat növləri məhv olur ki, bu da gələcəkdə məhsuldarlığa mənfi təsir göstərir. Digər tərəfdən, fermerlər kifayət qədər tədbirlər görmədiklərindən yağınlar ətraf ərazilərə keçə bilir. Həm təbii, həm də insan amilinin təsiri ilə son dövrlərdə dağlıq rayonlarda baş verən yanğınlar sözsüz ki, ətraf mühitə çox böyük ziyan verir”.

Direktor müavini qeyd edib ki, yanğınlara qarşı fermerlər arasında maarifləndirmə tədbirləri aparılmalıdır: "Xüsusilə, əhali arasında, fermerlər arasında təşviqat işləri aparmaq lazımdır. Onların biçilmiş sahələri yandırmaqları həm onların özünə, həm ətraf mühitə, həm də bizim həyat mənbəyimiz olan meşələrə çox böyük ziyan verir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol