Rusiyada köməksiz qalan azərbaycanlı ana kömək istəyir

Ötən həftədən bəri Kəmalə Anıyeva ATV.az-a dəfələrlə məktubla müraciət edib, Azərbaycandan və aidiyyatı orqanlardan kömək istəyib.
Kəmalə xanım, Omsk şəhərində yataq xəstəsi övladı ilə birlikdə çarəsiz vəziyyətdədir. Həyat yoldaşı tərəfindən tərk edilən qadın övladını tək böyüdüb. Bizə yazdığı məktubda qızının ağır xəstəliyi olduğunu, hazırda xəstəxanada çətin günlər yaşadığını dönə dönə vurğulayıb, Azərbaycan xalqından və aidiyyatı orqanlardan imdad istəyirdi.
Bu gün Kəmalə xanım yenə göz yaşları içində bizə müraciət edərək övladını xilas etməmizi istəyir. Qızının son vəziyyətinin fotosunu bizə göndərən ana "Nə olar, yalvarıram, qoymayın balam ölsün”.- deyə Azərbaycan xalqına səslənir.
Qeyd edək ki, 11 yaşlı qız uşağında beyin damarları tutulması xəstəliyi var. Uşaq iflic vəziyyətindədir. Omsk şəhərində çarəsiz vəziyyətdə olan anaya isə heç kim kömək etməyib. Xəstə uşaq ilə xəstəxanada qalan qadın maddi baxımdan böyük sıxıntı yaşayır. Bir yandan da övladının vəziyyəti gün-gündən ağırlaşır. Azərbaycan vətəndaşı olduğuna görə, qızını Moskvada xəstəxanaya aparması və müalicə etdirməsi üçün pul tələb olunur. Bu səbəbdən Omskda xəstəxanada qızının gözləri önündə hər gün bir az daha əridiyinin şahidi olur.
Kəmalə xanımın bizə yolladığı məktubları və dəlillər:
"Salam. Qızıma baxın, bu hala düşüb. Bütün damarları tutulub. Nə olar, qızıma kömək edin. Heç nə yemir. Bilmirəm nə edim. Yalvarıram, kömək edin mənə, yalvarıram kömək edin... Bütün günüm ağlaşla keçir mənim. Gözümün önündə əriyir övladım, ona heç bir kömək edə bilmirəm. Ancaq üzünə baxıram, əlimdən heç nə gəlmir mənim, qurban olum sizə, kömək edin balama, yalvarıram....”
Bu ananın bizə göndərdiyi son mesajdır. Övladı üçün durmadan çırpınan ana bütün qapıları döyür, amma yardım əli uzadan bir insan yoxdur ki yoxdur...
"Salam. Mən Omsk şəhərində yaşayıram. 2004-cü ildə qızım Nazı Anıyeva dünyaya gəldi. Əvvəllər heç kim onun xəstəliyinin olduğunu bilmirdi. Amma qızımda nəsə çatışmazlıq var idi. Başqa uşaqlardan fərqlənirdi. Demək olar, hər ay pediatr qəbuluna aparırdım.
1 yaşı olanda bərk xəstələndi. Bir dəfə sudurğa keçirdi. Allah qızımı mənə bağışladı. Amma bu hadisədən sonra vəziyyəti getdikcə pisləşməyə başladı. Tez-tez qızdırması olur, demək olar, hər ay iynə- dərman müalicəsi alırdı. Həkimlər düzgün diaqnoz verə bilmədi.
Sonra biz Omsk şəhərində genetik poliklinikaya müraciət etdik. Orada qızımın analizləri Moskvaya göndərildi. Oradan da cavab gəldi, xəstəni təcili bura-Moskvaya göndərin. Qızım Azərbaycan vətəndaşı olduğu üçün biz ora ödənişli getməli olduq. Buradakı fonda müraciət etdik, bizi Moskvaya göndərdilər. Bir ay Moskvada olduq.
Leninski prospekti 117 saylı xəstəxanada qaldıq. Qızımın xəstəliyinə diaqnoz qoyuldu. Xəstəlik yüzdə bir görülən "Gallervordena Spatz” (Галлервордена Шпатца ) beyin damarlarının tutulmasıdır. Həkimlər onun 10 yaşadək yaşayacağını dedilər. Mayın 4-də qızımın 10 yaşı tamam oldu. Səhhətində kəskin dəyişikliklər özünü göstərməyə başladı.
Sancıları çoxaldı və ayaqları tutuldu.
Hal-hazırda biz xəstəxanadayıq. Sizə burdan göz yaşları içində yazıram. Qızımın vəziyyəti günü-gündən ağırlaşır. Mən burada yaşayan həmyerlilərimizdən kömək istədim. Amma heç bir azərbaycanlı qızıma kömək etmədi. Qızımı mayın 24-ü Moskvaya xəstəxanaya aparılmalı idi. Amma pul olmadığı üçün qızımı apara bilmədim. Burda yaşayan azərbaycanlılara yalvardım ki, heç olmasa kömək etsinlər, balam bu vəziyyətə düşməsin. Amma hamısı bizdən üz döndərdi. Bizə yardım edən 74 yaşlı rus qadın oldu. Öz millətimdən heç kim harayıma çatmadı.
Biz indi burda xəstəxanadayıq. Qızım ağır vəziyyətdədir. Sizə yazdım ki, mənə kömək edəsiniz, xahiş edirəm.
Mən 11 ildir ki qızıma tək baxıram. 2 ildir atası uşaqla maraqlanmır. Qızıma baxmaq üçün iki yerdə işləyirdim. Həmin yaşlı rus qadın da qonşumdur, uşağa göz-qulaq olurdu. Artıq 2 aydır ki, işləmirəm. Qızımın yanından ayrıla bilmirəm. Sonra Moskvada fond tapdım. Zəng elədim, uşağın vəziyyətini dedim. Onlar mənə yalandan ümid verdilər, amma sonra telefona cavab vermədilər (89251252722).
İndi tək ümidim sizsiniz. Nə edəcəyimi bilmirəm. Burda yad ölkədə kimsəsiz qamışam. Bir balam var, o da gözlərimin önündə əriyir. Burda qalmağını istəmirəm. Həkimlər də ev şəraitində ona baxa bilməyəcəyimi deyirlər.
Qızımı burda qoyub işə gedə bilmirəm. Məndən başqa kimsəsi yoxdu. Sizə yalvarıram, kömək edin balama. Bəlkə sağalması üçün bir şans var. Kömək edin bizə, Allah rizası üçün. Tək ümidim sizsiniz, sizdən cavab gözləyirəm. Sizdən heç bir şey istəmirəm, mənə deyin ki hara yazım, hara müraciət edim. Xahiş edirəm kömək edin balama”.
Uşağın anası Kəmalə Anıyeva, Əlaqə nöm: +79659734701, [email protected], bank hesabı40820810145000006113, 4276845019720520 сбербанк


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























