• $
  • €
  • ₽
  • ₺
  • £

"Dərman qiymətlərinin tənzimlənməsi aptek-həkim əlaqələrini kəsəcək"

"Dərman qiymətlərinin tənzimlənməsi aptek-həkim əlaqələrini kəsəcək"
31.07.2015 16:45
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi aptek və həkim arasındakı qeyri-sağlam əlaqəni kəsəcək.
 
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

Dərmanların qiymətlərinin tənzimlənməsini yüksək qiymətləndirən deputat hesab edir ki, bu bir sıra mənfi halları aradan qaldıracaq və ilk növbədə əhalinin ucuz dərman almasına səbəb olacaq: "Digər tərəfdən artıq dərmanların qiyməti brend, ticari adları ilə deyil, yalnız kimyəvi tərkibi, formuluna görə müəyyən olunacaq. Ona görə də dərmanların hansı aptekdə yazılması, hansında satılmasının əhəmiyyəti olmayacaq. Bundan sonra həkimlər pul üçün xəstəyə lüzumsuz dərmanlar yaza bilməyəcəklər. Həm də monopoliyanın qarşısı alınacaq.

M.Quliyev qeyd edib ki, ölkənin hər yerində vətəndaşlar ucuz və eyni qiymətə dərmanlar ala biləcək: "Bu, həm də əhalinin əlçatanlığını asanlaşdıracaq. Təbii ki, burada Tarif Şurası qiyməti müəyyənləşdirir və Səhiyyə, Vergilər və İqtisadiyyat və Sənaye Nazirliklərinin müvafiq şöbələri bu işə nəzarət edəcəklər. Dərmanların fiks qiyməti onun üzərində qeyd olunur”.

Qeyd edək ki, dünən Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Şuranın saytında qeyd olunan məlumata görə, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol