Zakir Həsənov Moskvaya səfərə gedib

İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.
Bu barədə "Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























