• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu” içməli suya belə zəmanət verdi

“Azərsu” içməli suya belə zəmanət verdi
31.07.2015 20:37
ASC suyun çirkli olması ilə bağlı xəbərlərə münasibət bildirdi.

 

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) bəzi kütləvi informasiya vasitələrində Bakının üç rayonunda içməli suyun çirkli olması ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

"Azərsu”dan Oxu.Az-a verilən məlumata əsasən, ASC Səhiyyə Nazirliyinin internet saytında 30 iyul 2015-ci il tarixdə yerləşdirilmiş "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirləri həyata keçirir” (http://sehiyye.gov.az/main/1086-respublika-gigiyena-ve-epidemiologiya-merkezi-nezaret-tedbirlerini-heyata-kecirir.html) başlıqlı məlumat bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş formada verildiyini bildirib.

"Həmin materiallarda  birinci və ikinci abzaslarında bəhs olunan məsələlər qarışdırıldığı üçün oxuculara çaşdırıcı məlumatlar verilmişdir.  Belə ki, bir sıra  mətbuat orqanları Səhiyyə Nazirliyinin yaydığı  məlumatın birinci abzasında göstərilənlərdən  çıxış edərək Binəqədi, Nizami, Qaradağ rayonlarına verilən içməli suyun çirkli olması barədə məlumatlar yayımlamışlar. 

Halbuki rəsmi məlumatın birinci hissəsində adıçəkilən rayonlarda ərazinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələsindən bəhs olunmuşdur və bunun istehlakçılara verilən içməli suyun keyfiyyəti ilə bağlılığı yoxdur. Maraqlıdır ki, bəzi mətbuat orqanlarında nazirliyin məlumatı olduğu kimi yerləşdirilsə də mətnlərin başlıqları kontekstdən çıxarılaraq verilmiş, bilavasitə içməli suyun  çirkli  olması məsələsi ilə əlaqələndirilmişdir”, - məlumatda deyilir.  

"Azərsu”   bir daha bəyan edir ki, bu cür məlumatlar reallığı əks etdirmir. Hazırda Bakı şəhərində və regionlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur.  Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər  obyektlərdən götürülən su nümunələri  mütəmadi yoxlanılır. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol