• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda temperatur 41-ə yüksələrsə... - RƏSMİ

Azərbaycanda temperatur 41-ə yüksələrsə... - RƏSMİ
31.07.2015 21:38
Azərbaycanda gözlənilən kəskin istilərlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərə xəbərdarlıq məktubu göndərib. 

Bunu Trend-ə açıqlamasında Dövlət Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, xəbərdarlığa əsasən, havanın temperaturu müsbət 41 dərəcə olarsa, həmin vaxt işəgötürənlər işçilərə fasilələr verməlidir.

F.Əlizadə rəhbəri olduğu qurumun Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gündəlik olaraq rəsmi məlumat aldığını vurğulayıb: "Bu gün havanın temperaturu müsbət 38 dərəcə olsa da, rütubətlilik var. Havada rütubətlilik çox yüksək səviyyədədir. Və biz şirkətlərə temperatur 41 dərəcəyə çatdığı halda işçilərə fasilə verməli olduqlarını bildirmişik. Əsasən də tikinti, daş karxanaları, emal sənayesi sektorunda fəaliyyət göstərən işəgötürənlərə xəbərdarlıq etmişik. Bu gün də havanın rütubətli olmasını nəzərə alıb, xüsusilə diqqətli olmalarını tövsiyə etmişik”.

O, işəgötürənlərin qurumun xəbərdarlığına məhəl qoymayacağı halda hansı cəzanın tətbiq olunacağını da açıqlayıb: "Qanunvericiliyə əsasən, 41 dərəcə istidə işçilər açıq havada işə cəlb olunarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1000 manatdan 2000 manatadək cərimələr nəzərdə tutulur. Pul cəriməsi ilə yanaşı, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, işəgötürənlər məsuliyyətə də cəlb olunacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol